Nazirlər Kabineti “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nı geri qaytarıb

Nazirlər Kabineti “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nı geri qaytarıb
# 26 sentyabr 2012 11:56 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib. Onun sözlərinə görə, “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı” yenidən düzəlişlər edilmək üçün geri qaytarılıb: “Əksər nazirliklər və qurumlar layihəyə müsbət rəy verib. Düzəlişlə bağlı əsas təklif Maliyyə və Ədliyyə nazirlikləri tərəfindən edilib. Maliyyə Nazirliyindən verilən rəydə bildirilir ki, Azərbaycanda ali təhsil pilləsinin standartları var, doktorantura da bu pilləyə aid edilməlidir. Amma hər bir təhsil səviyyəsinin öz standartı olmalıdır. Ədliyyə Nazirliyi isə öz rəyində bir sıra texniki düzəlişlərin olmasını təklif edib”.

G. Hüseynova deyib ki, “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı” üzərində yenidən düzəlişlər aparılandan sonra layihə NK-ya təqdim ediləcək.

Qeyd edək ki, “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nin yekun variantı bu ilin iyulunda NK-ya təqdim edilib. 10 səhifəlik sənəd Azərbaycanda doktorantura təhsilini tənzimləyən əsas sənəd olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR