Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb - FOTO

Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb - <font color=red>FOTO</font>
# 17 avqust 2012 15:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həbsxanada cəza çəkən 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.4; 120.2.6; 120.2.7; 120.2.9 (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum Taleh Razim oğlu Əkbərzadəyə qardaşı Rəfail Razim oğlu Əkbərzadənin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman kustar üsulla düzəldilmiş taxta asılqanın gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd elektrik qidalandırıcının birləşdiricisi, 1 ədəd Baksell, və 1 ədəd Azərcell nömrələri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR