XİN: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Suriya ilə bağlı qərarını dəstəkləyir

XİN: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Suriya ilə bağlı qərarını dəstəkləyir
# 16 avqust 2012 09:06 (UTC +04:00)
Təbii ki, biz Suriyada baş verənlərdən, günahsız insanların öldürülməsindən narahatıq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.

O bildirib ki, rəsmi Bakı Suriyada əmin-amanlığın bərpa olunmasının tərəfdarıdır: “Bu, regiondakı təhlükəsizliyə zərər vurur. Suriyadakı vəziyyət müsəlman aləmi üçün çox önəmlidir. Biz, dünya ictimaiyyəti orada baş verənlərə laqeyd qala bilməz”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən Zirvə Toplantısında Suriyanın təşkilatdan çıxarılması barədə qərar qəbul olunub. Topantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR