Azərbaycanda 3 yaşlı uşaq hovuzda boğulub

Azərbaycanda 3 yaşlı uşaq hovuzda boğulub
# 20 avqust 2012 10:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 3 yaşlı uşaq faciəli şəkildə ölüb. Bu barədə APA-ya Lerik Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Pirasora kəndində qeydə alınıb. Kənd sakini 3 yaşlı Zəkaddin Təhməzov yaşadığı evin həyətindəki hovuza düşərək boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR