Azərbaycanın çaylarında mövcud vəziyyətə dair aparılan növbəti monitorinqin nəticələri açıqlanıb
05 oktyabr 2012 09:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətə dair aparılan növbəti monitorinqin nəticələrini açıqlayıb.
ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 15-45, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Oktyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 92 m3/s, ongünlük normanın 57 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 47 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir.
Oktyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2 sm, Şirvanda 8 sm, Salyanda 23 sm, Bankədə 12 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 35 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 306, Şirvanda 179, Salyanda 175, Bankədə 199 sm, Araz çayının Novruzlu məntəqəsində isə 120 sm təşkil edir.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024