BMT-nin baş katibi Olimpiya barışığı münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib

BMT-nin baş katibi Olimpiya barışığı münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib
# 25 iyul 2012 13:19 (UTC +04:00)
APA-nın məlumatına görə, müraciətdə deyilir:

“Olimpiya Barışığı ənənəsi qədim zamanlarda Oyunlar zamanı bir yerdən digər yerə keçən idmançılar üçün təhlükəsiz səyahət imkanı yaratmaq üçün başladılıb. Bu, əsl Olimpiya Oyunları ruhunu əks etdirən – xalqlar arasında sülh yolu ilə rəqabət və fərdlərin uğurlarından ibarət bir mühitin yaradılmasına gətirib çıxardı.

Bu gün, Olimpiya və Paralimpiya Oyunları kimi idman hadisələri dünyanın hər yerində bütün insanları bir araya gətirərək maneələri dəf edir. İştirakçılar bir çox xalqların bayraqlarını daşısalar da, onlar bərabərlik və ədalətli oyun nümayiş etdirərək, anlayış və qarşılıqlı hörmətin rəmzi bayrağı altında birləşirlər.

Biz, Olimpiya barışığı vasitəsi ilə, müharibə vəziyyətində olan ölkələri Oyunlar zamanı öz silahlarını bir kənara qoymağa səsləyərək bu dəyərlərə məna veririk. Döyüşlərdə verilən bu fasilələr bir çox insan həyatı xilas edir. Humanitar yardım işçilərə ehtiyacı olanlara çatıb yardım etmələri üçün şərait yaradır. Bundan başqa, davamlı həll yolları tapmaq üçün diplomatik danışıqlara yol açır.

Olimpiya Barışığı - və daha geniş mənada Olimpiya ideyalı çox güclü bir mesajdır: insanlar və xalqlar aralarındakı fərqləri kənara qoyaraq, razılıq və sülh içində yaşaya və çalışa bilərlər. Əgər onlar bunu bir günlük və ya bir hadisə ilə bağlı edə bilirlərsə, o zaman onlar bunu həmişəlik edə bilərlər. Məhz, Birləşmiş Millətlər Təşkilatı bu xəyal əsasında qurulmuşdur və bizim gündəlik gördüyümüz işlərin məqsədini də bu arzu təşkil edir.

Mən, BMT-nin 193 üzv ölkəsi tərəfindən təsdiq edilmiş Barışığa qarşı hörmət göstərmələri üçün bütün hərbi əməliyyatlarla məşğul olanlara səslənirəm. Çətin olsa da biz Barışığın elan olunması üçün davam etməli və ona riayət olunmasına nail olmaq üçün əlimizdən gələni etməliyik. Gəlin ümid edək ki, gələn bir neçə həftə ərzində Londonda baş tutacaq Olimpiya və Paralimpiya Oyunlarının məşəli dünyanın sülh simvoluna çevriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR