Bank Of Baku

Qahirənin Təhrir meydanına toplaşan kütlənin sayı 1 milyonu keçib

Qahirənin Təhrir meydanına toplaşan kütlənin sayı 1 milyonu keçib
# 01 fevral 2011 13:37 (UTC +04:00)
Bakı – APA. Misirin paytaxtı Qahirə şəhərinin Təhrir meydanına toplaşan xalq kütlələrinin sayı 1 milyonu aşıb. APA-nın xəbərinə görə, bu barədə aksiyanı izləyən media nümayəndələri məlumat yayıblar. Hökumətin yolları bağlamasına və ictimai nəqliyyatın hərəkətini dayandırmasına baxmayaraq, meydana toplaşanların sayı getdikcə artır.

Misir müxalifətinin liderlərindən olan Məhəmməd Əl-Baradei “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində prezident Hüsnü Mübarəkə ultimatum verib: “Mübarək cümə gününə qədər hakimiyyəti tərk etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR