Bank Of Baku

BMT Tunisdəki kütləvi iğtişaşlar və toqquşmalarda 219 nəfərin öldüyünü açıqlayıb

BMT Tunisdəki kütləvi iğtişaşlar və toqquşmalarda 219 nəfərin öldüyünü açıqlayıb
# 01 fevral 2011 14:09 (UTC +04:00)
Bakı-APA. Tunisdə baş verən dövlət çevrilişi nəticəsində 219 nəfər ölüb, 510 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu rəqəmləri BMT təmsilçiləri açıqlayıblar. Beynəlxalq hüquq müdafiə təşkilatının təmsilçisi bildirib ki, 147 nəfər toqquşmalarda və 72 nəfər isə həbsxanalarda ölüb. Lakin bu yekun rəqəm deyil, həlak olan və yaralananların sayının artacağı gözlənilir. BMT bundan əvvəl Tunisdəki toqquşmalarda 78 nəfərin öldüyünü açıqlamışdı.

Xatırladaq ki, ötən ilin dekabrında Tunisdə kütləvi iğtişaşlar başlayıb. Ölkə vətəndaşları 23 il hakimiyyətdə olmuş prezident Zeynəl Abidin bin Alinin istefasını tələb ediblər. Kütləvi iştişaşlar geniş vüsət aldıqdan sonra prezident ölkəni tərk edib, onun İsveçrə banklarında və Avropa İttifaqı ölkələrində bank hesabları dondurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR