Bank Of Baku

Qahirədə etiraz aksiyası iştirakçılarının sayı iki milyona çatıb

Qahirədə etiraz aksiyası iştirakçılarının sayı iki milyona çatıb
# 01 fevral 2011 17:49 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bu barədə Qətərin Əl-Cəzirə televiziya kanalı məlumat verib.
Bu gün Qahirədə prezident Hüsnü Mübarəkin istefa tələbi ilə "milyonların marşı" adı altında etiraz aksiyası keçirilir.
Bir qədər əvvəl xəbər verilirdi ki, etirazçılar prezident sarayına tərəf yürüş etməyi planlaşdırıblar. Əl-Cəzirə bildirir ki, prezident sarayı tikanlı məftil ilə əhatə olunub. Ordu prezident sarayına gedən yolları nəzarətə götürüb.
Ordu komandanlığı bildirib ki, nümayişçilərə qarşı silah işlədilməyəcək.
Etiraz mitinqləri ölkənin digər şəhərlərində də keçirilir. Sinay yarımadasında aksiyaya 250000, İsgəndəriyyədə isə 50000 nəfər çıxıb.
Misir müxalifətinin liderlərinin bir qismi Mübarək hakimiyyəti ilə danışıqlara getməyə razıdır, lakin qadağan olunmuş ekstremist “müsəlman qardaşları” təşkilatı buna qəti etiraz edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR