Bank Of Baku

ABŞ prezidenti Mübarəki erkən prezident seçkiləri keçirməyə çağırıb

ABŞ prezidenti Mübarəki erkən prezident seçkiləri keçirməyə çağırıb
# 02 fevral 2011 03:26 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Obama Misir prezidentinin tez bir zamanda azad və ədalətli prezident seçkiləri keçirəcəyinə ümidini ifadə edib.
Obama Mübarək ilə söhbət zamanı deyib ki, ölkədə kövrək status-kvo vəziyyəti olduqca kövrəkdir və bəzi dəyişikliklərin həyata keçirilməsi qaçılmazdır.

Bu proses (hakimiyyətin dəyişməsi) Misirin bütün siyasi qüvvələrin iştirakı ilə azad və ədalətli seçkilər nəticəsində baş verməlidir. Seçkilər nəticəsində yaranacaq hakimiyyət demokratik prinsiplərə sadiq olmalı və Misir xalqının gözləntilərinə cavab verməlidir.
Obama Misirdəki vəziyyətlə bağlı Vaşinqtonda xüsusi bəyanatla çıxış edib.
Bəyanatda Obama qeyd edib ki, Misirdə hakimiyyət dəyişikliyi qətiyyətlə baş verməlidir. Amma bu “müxalifət partiyalarının iştirakı ilə, sülh yolu ilə və tez bir zamanda baş verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR