Bank Of Baku

Hüsnü Mübarəkin tərəfdarları Qahirədə milli televiziyanın önünə toplaşmağa başlayıb

Hüsnü Mübarəkin tərəfdarları Qahirədə milli televiziyanın önünə toplaşmağa başlayıb
# 02 fevral 2011 10:12 (UTC +04:00)
Bakı – APA. Misir prezidenti Hüsnü Mübarəkin tərəfdarları Qahirədə milli televiziyanın önünə toplaşmağa başlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, H. Mübarəkin bir neçə yüz tərəfdarı ona öz prezidentlik dövrünü tamamlamaq və hakimiyyəti dinc yolla ötürmək imkanı verilməsini istəyiblər.

H. Mübarəkin istefasını tələb edənlər isə Təhrir meydanında qalmağa davam ediblər. Gecə onların sayı xeyli azalıb və meydanda cəmi 7 min nəfər qalıb. Meydanı tərk edənlər səhər yenidən qayıdacaqlarını söyləyiblər.

Misir politoloqları prezidentin çıxışından sonra nümayişçilər arasında fikir ayrılığı yarandığını bildirir. Belə ki, müxalifətdəki Vəfd Partiyası H. Mübarəkin çıxışını qaneedici qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR