Bank Of Baku

Misirdə müxalifət ordunun aksiyaları dayandırmaq çağırışına rədd cavabı verib

Misirdə müxalifət ordunun aksiyaları dayandırmaq çağırışına rədd cavabı verib
# 02 fevral 2011 12:58 (UTC +04:00)
APA-nın məlumatına görə, müxalifət prezident Hüsnü Mübarək istefa verənə kimi aksiyaları davam etdirmək niyyətindədir. Müxalifətin növbəti irimiqyaslı kütləvi aksiyası cümə gününə təyin olunub. “Müsəlman qardaşları” islam hərəkatı bəyan edib ki, prezident Mübarək və vitse-prezident Ömər Süleymanla danışıqlar aparmaq niyyətləri yoxdur. Bu gün Misir Silahlı Qüvvələri nümayişçiləri evlərinə dağılmağa çağırıb: “Ordu sizə müraciət edir – Siz öz tələblərinizi irəli sürmək üçün küçələrə çıxmışdınız, indi isə siz yalnız normal həyatı bərpa edə bilərsiniz”.

Qeyd edək ki, bu gün Misir parlamentinin hər iki palatası fəaliyyətini dayandırıb. Parlamentin iclası 2010-cu ilin sonlarında keçirilmiş seçkilərin nəticələri yenidən araşdırıldıqdan sonra bərpa olunacaq. Müxalifət seçkilərdə kütləvi qanun pozuntularına yol verildiyini iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR