Bank Of Baku

Misir ordusu qarşıdurmaya müdaxilə edib

Misir ordusu qarşıdurmaya müdaxilə edib
# 02 fevral 2011 18:19 (UTC +04:00)
Qahirə qədim əşyalar muzeyinin yaxınlığında polislər suatanlardan istifadə ediblər. Nümyişçilər isə onları yandırıcı maddələrlə atəşə tutublar.

Müxalifət liderlərindən biri olan Məhəmməd əl-Baradeyi ordunu qarşıdurmanı dayandırmaq üçün daha qəti addımlar atmağa çağırıb. Baradeyinin sözlərinə görə, iğtişaşların mülki geyimli polislər təşkil edib.

Qarşıdurmada yüz minlərlə insan iştirak edir. İştirakçıların sayı getdikcə artır. İlkin məlumatlara görə, ən azı 500 nəfər xəsarət alıb.

Nümayişçilər bir neçə dəfə jurnalistlərə də hücum ediblər. Rusiya dövlət televiziyasının jurnalistlərinin kamerası sındırılıb. Həmçinin CNN telekanalının əməkdaşı Enderson Kuper və Associated Press-in iki jurnalisti döyülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR