Bank Of Baku

Qahirədə növbəti izdihamlı mitinq başlayıb

Qahirədə növbəti izdihamlı mitinq başlayıb
# 04 fevral 2011 13:26 (UTC +04:00)
Bakı – APA. Misirin paytaxtı Qahirənin Təhrir meydanında Cümə xütbəsindən sonra növbəti izdihamlı mitinq başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nümayişçilər bu günü Mübarəkin gedişini nəzərdə tutaraq “Vida cüməsi” adlandırıblar.

Səhər saatlarından etibarən on minlərlə insan Təhrirə axışmağa başlayıb. Cümə namazından sonra meydan tamamilə dolub. Nümayişçilərdən biri bu günün həlledici gün olduğunu bildirib: “Biz nəyin bahasına olursa olsun Hüsnü Mübarəkin istefasına nail olmaq niyyətindəyik”. Aksiyada din xadimləri çıxış edərək xalqı sakitliyə və sülhə çağırıblar.

Həllik Qahirənin küçələrində sakitlikdir. Mağazalar, apteklər, yanacaqdoldurma stansiyaları bağlanıb. Hamı hadisələrin sonrakı inkişafını gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR