Bank Of Baku

Misirin baş naziri hakimiyyətin Ömər Süleymana ötürüləcəyini inkar edib

Misirin baş naziri hakimiyyətin Ömər Süleymana ötürüləcəyini inkar edib
# 04 fevral 2011 21:45 (UTC +04:00)
Bakı-APA. Misirin baş naziri Əhməd Şəfiq prezident Hüsni Mübarəkin hakimiyyəti vitse-prezident Ömər Süleymana ötürəcəyini istisna edib. Bu barədə o Əl-Ərəbiyyə kanalına bildirib.

Artıq müxalifət lideri, MAQATE-nin keçmiş başçısı Məhəmməd əl-Baradeyi də prezidentliyə namizədliyini irəli sürməyəcəyini bildirib.

Ərəb dövlətləri liqasının baş katibi Əmr Musa prezidentliyə namizəd olacağını istisna etmir. Öz növbəsində, «Müsəlman qardaşlar» təşkilatı namizəd irəli sürməyəcəyini bildirib.

Üç gün bundan əvvəl Misir prezidenti Hüsni Mübarək sentyabrda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib. Misir vitse-prezidenti Ömər Süleyman prezidentin oğlu Camal Mübarəkin atasının varisi olmaq niyyətində deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR