Bank Of Baku

Somali piratları rus dənizçisini öldürüblər

Somali piratları rus dənizçisini öldürüblər
# 05 fevral 2011 08:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA. Somali piratlarının «Beluqa Nomineyşn» gəmisinə hücumu nəticəsində 1 Rusiya vətəndaşı öldürülüb. APA-nın «İTAR-TASS» istinadən verdiyi məlumatına görə, 3 quldur gəmini ələ keçirmək istəyib, onlardan 2-i öldürülüb, sağ qalan isə iki nəfəri öldürərək gizlənə bilib. Öldürülənlər rusiyalı və filippinlidir.

«Beluqa Nomineyşn»ə hücum hələ yanvarın 22-də Hind okeanında, Seyşel adalarından 390 mil şimalda baş verib. Həmin vaxt gəminin kapitanı xəbər verib ki, gəmiyə azı 4 pirat soxulandan sonra, komanda sığınacaqda gizlənib. Dənizçilər burada iki gün kömək gözləsələr də kömək gəlməyib – quldurlar sığınacağı taparaq gəmini ələ keçiriblər.

«Beluqa Nomineyşn»in heyətində 12 nəfər olub: kapitan - Polşa vətəndaşı, iki Rusiya vətəndaşı, iki ukraynalı və yeddi filippinli. Məlumatlara görə, iki dənizçi burdan qaça bilib. Ukraynalı və filippinli qayıqda iki gün üzəndən sonra onları NATO-nun gəmisi tapıb. İki nəfər itgin düşmüş sayılır, gəminin özündə isə piratların əlində daha 6 nəfər qalır.

Qeyd edək ki, çoxməqsədli quru yük gəmisi olan «Beluqa Nomineyşn» 2006-cı ildə tikilib, «Beluga Group» şirkətinə məxsusdur və Antiqua bayrağı altında üzür. Quldurlar tərəfindən tutulan zaman gəmidə 6 bahalı şəxsi yaxta olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR