Bank Of Baku

Misirdə “Müsəlman Qardaşlığı”nın liderləri hakimiyyət ilə dialoqun başlanmasını iddia edirlər

Misirdə “Müsəlman Qardaşlığı”nın liderləri  hakimiyyət ilə dialoqun başlanmasını iddia edirlər
# 06 fevral 2011 03:25 (UTC +04:00)
Bakı-APA. Misirdə müxalif “Müsəlman Qardaşlığı” İslam hərəkatı bəyan edib ki, ölkə rəhbərliyi ilə dialoq başlayıblar.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, bu hərəkatın adını açıqlamaq istəməyən liderlərindən biri deyib ki, danışıqlarda məqsəd "hakimiyyətin insanların tələblərini nə dərəcədə qəbul etməyə hazır olduğunu müəyyən etməkdən ibarətdir”
Onun sözlərinə görə, Misirin yeni vitse-prezidenti Ömər Süleyman ilə danışıqlar şənbə günü səhər başlayıb.
Misirdə prezident Hüsnü Mübarəkin istefası tələb ilə yanvarın 25-də başlayan siyasi böhran ölkəyə üç milyard dollardan artıq ziyan vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR