Bank Of Baku

Xarici diplomatların Misirə diplomatik baqajla silah və xüsusi rabitə vasitələri keçirməsinin qarşısı alınıb

Xarici diplomatların Misirə diplomatik baqajla silah və xüsusi rabitə vasitələri keçirməsinin qarşısı alınıb
# 07 fevral 2011 09:58 (UTC +04:00)
Bakı – APA. Misir Xarici İşlər Nazirliyi bir sıra diplomatik nümayəndəliklərin ölkədəki mürəkkəb vəziyyətdən yararlanaraq diplomatların baqajında ölkəyə silah və xüsusi rabitə vasitələri keçirmək istədiklərini açıqlayıb. APA-nın “Youm7” portalına istinadən verdiyi məlumata görə, Misir XİN-dəki mənbələr bəzi xarici diplomatların son iki həftə ərzində ölkəyə diplomatik baqajla silah və xüsusi rabitə vasitələri keçirmək istədiklərini bildirərək belə vasitələri ölkəyə gətirmək üçün rəsmi icazə və lisenziyanın tələb olunduğunu söyləyiblər: “Səlahiyyətli orqanlar qadağan olunmuş bu predmetlərin ölkəyə keçirilməsinin qarşısını alıblar”.

Misir XİN-dən konkret ölkə adı açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR