Bank Of Baku

Hüsni Mübarək islahat komissiyaları yaradır

Hüsni Mübarək islahat komissiyaları yaradır
# 09 fevral 2011 02:19 (UTC +04:00)
Bakı-APA. Misir hökuməti prezident Hüsni Mübarəkin demokratik islahatlar həyata keçirmək üçün komitələr təsis etdiyini bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, minlərlə anti-Mübarək etiraz aksiyasının iştirakçıları Qahirənin Təhrir meydanında 15-ci gündür ki, zəbt edərək, prezidentin istefasını tələb edirlər. Vitse-prezident Ömər Süleyman bildirib ki, Mübarək konstitusional islahatlar hazırlamaq və həyata keçirmək üçün fərmanlar verib. O, deyib ki, Mübarək həmçinin Qahirənin Təhrir meydanında bir neçə adamın ölümü ilə nəticələnən toqquşmaları araşdırmaq üçün komissiya yaratmağa göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR