Bank Of Baku

Google meneceri Misir inqilabi gənclərin nümayəndəsi seçilib

Google meneceri Misir inqilabi gənclərin nümayəndəsi seçilib
# 09 fevral 2011 04:35 (UTC +04:00)
Bakı-APA. Facebook sosial şəbəkəsinin 150.000-dən çox istifadəçisi Google-nin Yaxın Şərq üzrə marketinq meneceri 30 yaşlı Vail Qonimə hökumət ilə danışıqlar aparmaq üçün Misir inqilabi gənclərinin nümayəndəsi kimi tam səlahiyyətin verilməsinə səs veriblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Vail Qonim yanvarın 25-də baş vermiş və sonradan kütləvi etiraz aksiyaları və toqquşmalara səbəb olan “qəzəb günü”nün təşkilatçılarından biridir.

O, digər fəallar ilə yanaşı Facebook vasitəsilə ölkədə vəziyyəti dəyişmək üçün Misir gənclərini küçələrə çıxmağa çağırmışdı.
Lakin fevralın 26-da Qonim Misir təhlükəsizlik xidməti tərəfindən həbs edilmiş və həbsxanada 12 gün saxlanılmışdı.
O azad olunandan sonra Misirin "inqilabi gənclər" hərəkatının liderlərindən biri olub. Onu üçüncü həftədir ki, ölkədə dəyişikliklər tələb edən Təhrir Meydanındakı nümayişçilər coşqunluqla qarşılayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR