Bank Of Baku

Misirdə hakimiyyətlə nümayişçilər arasında danışıqlar nəticəsiz bitib

Misirdə hakimiyyətlə nümayişçilər arasında danışıqlar nəticəsiz bitib
# 10 fevral 2011 10:44 (UTC +04:00)
APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, hökumətlə dialoqu gedən Ağsaqqallar Şurasının nümayəndəsi Diaa Raşvan danışıqlar prosesinin sona yetdiyini söyləyib. O bildirib ki, vitse-prezident Ömər Süleyman Hüsnü Mübarəkin formal olaraq seçkiyə qədər hakimiyyətdə qalması və hakimiyyəti keçid hökumətinə verməsi barədə nümayişçilərin təklifini qəbul etməyib: “Kompromis axtarmaq əvəzinə vitse-prezident vaxtı uzatmağa və bizi dövlət çevrilişi təhlükəsi ilə qorxutmağa çalışdı”.

Qahirənin mərkəzində isə prezidentin istefası tələbi ilə mitinqlər davam edir. Təhrir meydanındakı mitinqə qatılanların sayı yenidən artmaqdadır. Cümə günü indiyədək görünməmiş sayda insanın meydanlara çıxacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR