Bank Of Baku

Ərəb Dövlətləri Liqasının baş katibi istefa verir

Ərəb Dövlətləri Liqasının baş katibi istefa verir
# 12 fevral 2011 01:50 (UTC +04:00)
Bakı-APA. Ərəb dövlətləri liqasının baş katibi Əmr Musa 2001-ci ildən bəri tutduğu vəzifəni bir neçə həftəyə tərk edəcəyini bildirib.

Misirli olan Musanı bir çox analitiklər Misirin gələcək prezidenti kimi görürlər.

ƏDL baş katibi «Misirdəki tarixi dəyişikliklərə görə xalqı və ordunu» alqışlayıb. O vətəndaşları «milli konsensusa əsaslanan sağlam sistemin qurulması istiqamətində hərəkət etməyə» çağırıb.

Musa həmçinin «Misir və misirlilərin demokratiyaya doğru hərəkət etdiklərinə» əmin olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR