Bank Of Baku

Əlcəzair polisi müxalifətin aksiyasının qarşısını alıb

Əlcəzair polisi müxalifətin aksiyasının qarşısını alıb
# 12 fevral 2011 02:49 (UTC +04:00)
Bakı-APA. Əlcəzair polisi müxalifətin Misir prezidenti Hüsni Mübarəkin istefasından sonra paytaxtda keçirmək istədiyi mitinqin qarşısı alıb.

Hüquq-mühafizə orqanları aksiyanın ən fəal üzvlərini saxlayıblar. Yaralanan bir neçə nəfər isə xəstəxanalara çatdırılıb.

Əlcəzairin müxalifətçi «Dəyişiklik və demokratiya uğrunda milli birlik» təşkilatı bu gün hakimiyyətin dəyişdirilməsi tələbi ilə böyük nümayiş keçirməyə hazırlaşır.

Aksiya iştirakçıları həmçinin 1992-ci ildən ölkədə mövcud olan fövqəladə vəziyyətin ləğvini, siyasi və informasiya məkanının liberallaşdırılmasını, etirazlara görə həbs olunanların azad edilməsini tələb edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR