Bank Of Baku

Bir qrup misirli hüquqşünas ölkəni soyduğuna görə Mübarəki məhkəməyə vermək tələbi ilə çıxış ediblər

Bir qrup misirli hüquqşünas ölkəni soyduğuna görə Mübarəki məhkəməyə vermək tələbi ilə çıxış ediblər
# 12 fevral 2011 03:51 (UTC +04:00)
Bakı-APA. Hüsni Mübarəkin ailəsinin xarici banklardakı hesablarında 1-5 milyard dollar var. Bu barədə ABŞ-ın ABC telekanalı məlumat yayıb.

Daha öncə Mübarəkin ailəsinin 40-70 milyard dollar sərvəti olduğu bildirilirdi. Lakin ABC telekanalı ABŞ kəşfiyyatına istinadən başqa rəqəmləri açıqlayıb.

ABC-nin məlumatına görə, «bir qrup misirli hüquqşünas və bir nəfər keçmiş xarici işlər nazirinin müavini artıq Misiri soyub-taladığına görə Hüsni Mübarəki və onun ailəsini məhkəməyə vermək tələbi ilə çıxış ediblər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR