Bank Of Baku

Misirdə köhnə hökumət fəaliyyətini davam etdirəcək

Misirdə köhnə hökumət fəaliyyətini davam etdirəcək
# 12 fevral 2011 15:17 (UTC +04:00)
Bakı – APA. Misirdə Hüsnü Mübarəkin istefasından sonra hakimiyyəti üzərinə götürmüş Silahlı Qüvvələrin Ali Şurası hökuməti, bütün nazirləri və qubernatorları yeni hökumət formalaşana qədər işə davam etməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ali Şuranın televiziya vasitəsilə səsləndirilən bəyanatında bildirilib.

Bəyanatda deyilir ki, bütün dövlət müəssisələri və özəl müəssisələr iqtisadiyyatın inkişafı üçün öz funksiyalarını yerinə yetirməlidir. Hərbi rəhbərlik bir daha bəyan edib ki, ordu hakimiyyətin qanuni yolla seçilmiş mülki rəhbərliyə keçməsi və azad, demokratik dövlət quruculuğu üçün hər şeyi edəcək.

Silahlı Qüvvələrin Ali Şurası bütün beynəlxalq öhdəliklərə və razılaşmalara əməl olunacağını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR