Bank Of Baku

Misir beynəlxalq öhdəliklərə əməl edəcək

Misir beynəlxalq öhdəliklərə əməl edəcək
# 12 fevral 2011 22:43 (UTC +04:00)
Bakı-APA. Misir ordusu ölkənin üzərinə götürdüyü beynləxalq öhdəliklərə əməl ediləcəyini vəd edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, ordu rəhbərliyinin İsraillə sülh sazişindən çıxa biləcəyi barədə ehtimallar beynəlxalq birliyin narahatlığına səbəb olmuşdu.
Lakin Misirin hərbi komandanlıq bildirib ki, həm beynəlxalq həm ikitərəfli razılıqlara əməl olunacaq. Qahirənin Təhrir meydanındakı şadlıqlar davam etsə də, könüllülərdən ibarət kiçik qrup və bələdiyyə işçiləri Misirin normal həyata qaytarılması çağırışına əməl edirlər.

Kişilər və qadınlar süpürgə və bellərlə küçələrdəki zibili təmizləriylər. Burada ötən həftə hökumətpərəst və müxalifət nümayişçilər arasında toqquşmadan sonra yığılıb qalmş çoxlu daş kəsək var.
Hökuməti əvəz edən ordu şurasının nə zaman azad və ədalətli seçkilər keçirəcəyi məlum deyil.
Ordu söz verib ki, seçkili mülki hökumətə keçidə nəzarət edəcək və bildirib ki, Misir bütün beynəlxalq razılıqlara əməl edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR