Bank Of Baku

Misir xalqı Mübarəkin gedişini ikinci gecədir ki, bayram edir

Misir xalqı Mübarəkin gedişini ikinci gecədir ki, bayram edir
# 13 fevral 2011 01:49 (UTC +04:00)
Bakı-APA. Misirlilər 18 gün sürən nümayişlərdən sonra ikinci gecədir ki, hakimiyyəti tərk edən Hüsni Mübarəkin istefasını bayram edirlər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə,
dövlət televiziyası ilə xalqa müraciətində Misir hərbçiləri yeni idarəçi qurum təsis olunanadək hazırkı kabinet nazirlərinin öz postlarında qalacaqlarını elan edib. Hərbçilər həmçinin Misirin beynəlxalq öhdəliklərinə sadiq qalacaqlarını bəyan ediblər. İsrail baş naziri Benyamin Netanyahu Misirin öz ölkəsi ilə sülh müqaviləsinə sadiq qalacağı haqda bəyanatı məmnunluqla qarşılayıb.

Rəsmilər baş nazir Əhməd Şafiqin bazar günü mətbuat konfransı keçirəcəyini bildiriblər. Sabiq prezident Mübarək istefa verməmişdən öncə aviasiya naziri olan Şafiqə kabinet təşkil etməyi tapşırmışdı.

Bəzi nümayişçilər islahatların həyata keçirilməsi üçün hər gün aksiyaları davam edəcəklərini bildiriblər. Onlar parlamentin buraxılmasını və yeni konstitusiyanın qəbil olunmasını tələb edirlər.
Son xəbərlərə görə sabiq prezident Hüsni Mübarək cənub kurortu olan Şarm el Şeyxə yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR