Bank Of Baku

Sudanın cənubda 200 nəfər həlak olub

Sudanın cənubda 200 nəfər həlak olub
# 15 fevral 2011 22:37 (UTC +04:00)
Bakı-APA. Cənubi Sudan hökuməti bildirib ki, ötən həftə üsyançılarla toqquşmalarda 200 nəfər həlak olub.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, qurbanların əksəriyyəti mülki şəxslər, qadınlar, uşaqlar və kahinlərdir. Onların çoxu çayı keçməyə cəhd edərkən suda boğularaq ölüb.

Hakim Xalq Azadlıq Ordusu atəşkəsin pozulmasına görə Cənub Sudandan olan keçmiş general George Atorun tabeliyində olan yaraqlıları ittiham edir.

Keçən ay keçirilmiş referendumda Cənubu Sudanın sakinləri Xartum paytaxt olmaqla Sudan dövlətindən ayrılmağa səs veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR