Bank Of Baku

Əlcəzair telekanalı İtaliyalı girovun video görüntüsünü nümayiş etdirib

Əlcəzair telekanalı İtaliyalı girovun video görüntüsünü nümayiş etdirib
# 18 fevral 2011 03:34 (UTC +04:00)
Bakı-APA. Əl-Ərəbiyyə telekanalı İtaliyalı girov qadının yaraqlılar tərəfindən təqdim olunmuş video görüntüsünü nümayiş etdirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, turist qadın Əlcəzair Saxarasında oğurlanıb.

Video görüntüdə girov deyir: "Mən 2011-ci il 2 fevral tarixində oğurlanmış İtaliyalı qadınam”.

Telekanalın rəhbərliyi bildirib ki, bu videonun əldə olunması üçün İslam Məgribində olan terrorçu təşkilat əl-Qaidə ilə təmas yaradılıb.

Əlcəzairin "Əl-Şuruk əl Youmi" qəzeti yazır ki, hadisə hadisə Janet (Djanet) şəhərindən 170 kilometr aralıda baş verib. Oğurlanmış 53 yaşlı qadın qonşu Nigeriya istiqamətinə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR