Bank Of Baku

Liviyada nümayişçilər şəhəri ələ keçiriblər

Liviyada nümayişçilər şəhəri ələ keçiriblər
# 18 fevral 2011 18:57 (UTC +04:00)
Bakı-APA. Müxalifətçilər Liviyanın şərqindəki Əl-Bayda şəhərini ələ keçiriblər. Şəhər polisi də onlara qoşulub. Bu barədə Liviyanın «Solideriti» hüquq-müdafiə qrupunun nümayəndəsi Cuma əl-Omami məlumat verib.

Beləliklə, artıq Liviyanın 4 şəhərini etiraz dalğası bürüyüb.

Bir neçə günlük etiraz aksiyaları zamanı həlak olanların sayı 24-ə çatıb.

Hökumət cavab tədbiri olaraq dövlət məmurlarının maaşlarını 2 dəfə artırıb və həbsdə olan 110 islamçını azad edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR