Bank Of Baku

Cibutidə etiraz aksiyaları keçirilir

Cibutidə etiraz aksiyaları keçirilir
# 18 fevral 2011 22:48 (UTC +04:00)
Bakı-APA. Cibutinin eyni adlı paytaxtında prezidentin istefasını tələb edən nümayişçilər küçələrə çıxıblar.

Cibuti prezidenti İsmayıl Ömər Gele artıq iki dəfə dövlət başçısı seçilib. 2010-cu ildə o 2 dəfədən artıq prezident seçilməyə məhdudiyyət qoyan konstitusiya maddəsini ləğv edib. İndi Gele üçüncü dəfə də prezident seçilə bilər. Gele ailəsi artıq 30 ildən çoxdur ki, hakimiyyətdədir.

Ötən seçkilərdə Gelenin faktiki olaraq rəqibi olmayıb. 2011-ci ilin aprelində keçiriləcək növbəti prezident seçkilərində onun rəqibi 51 yaşlı Əbdürrəhman Bore olacaq. Bore hazırda Londonda yaşayır.

«Biz həqiqətən dinc nümayişlər keçirmək və son 34 ildə hakimiyyətdə olan hökuməti dəyişmək niyyətimizi bildirmək istəyirik. Xalq dəyişiklik istəyir», deyə Bore bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR