Bank Of Baku

Liviyada əhali polis məntəqələrini ələ keçirir

Liviyada əhali polis məntəqələrini ələ keçirir
# 18 fevral 2011 23:50 (UTC +04:00)
Bakı-APA. Liviyanın ikinci ən böyük şəhəri olan Benqazidə vəziyyət nəzarətdən çıxır. APA bu barədə «Əl-Cəzirə» telekanalına istinadən məlumat verir. Hazırda üsyan etmiş əhali polis məntəqələrini ələ keçirərək yandırır. Bəzi yerlərdə silahsız kütlə tankların yolunu kəsərək hərbçiləri öz tərəfinə keçməyə məcbur edib. Şəhərdə soyğun və talan başlayıb.

Bir qədər öncə ölkənin şərqindəki Əl-Bayda şəhəri nümayişçilərin əlinə keçib. Hazırda şəhər təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Nümayişçilər onlara hücum edən iki polis nəfərini tutaraq asıblar.

Liviya polis nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadə edir. Nəticədə 41 nəfər həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR