2015-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı Svetlana Alekseyeviçə verilib

2015-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı Svetlana Alekseyeviçə verilib
# 08 oktyabr 2015 13:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. 2015-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı Svetlana Alekseyeviçə verilib.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yazıçı bu mükafata layiq görülən 14-cü qadın yazıçıdır.

Müəllif bu mükafata çoxsəsli yaradıcılığına görə layiq görülüb.

Svetlana Alekseyeviç 1948-ci ildə anadan olub. 2000-ci illərdən İtaliya, Fransa və Almaniyada yaşayıb.

Müəllif “Müharibə qadın üzlü deyil”, “Sink oğlanlar”, “Ölümlə ovsunlanmışlar”, “Çernobl uşaqları”, “Sekond-hand zamanı” və başqa əsərlərin müəllifidir.

Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatı keçən il fransız yazıçısı Patrik Modianoya verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR