Ermənistanda dekabrın 6-da Konstitusiya referendumu keçiriləcək

Ermənistanda dekabrın 6-da Konstitusiya referendumu keçiriləcək
# 09 oktyabr 2015 07:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiya islahatları ilə bağlı referendumu dekabrın 6-na təyin edib.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Ermənistanda yeni hazırlanan Konstitusiya layihəsinə görə, ölkə parlament üsul-idarəsinə keçir. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz. Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna sahib olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR