Keniyanın qərbində bəndin uçması nəticəsində azı 42 nəfər ölüb.
APA “Associated Press”ə istinadən xəbər verir ki, Keniyada davam edən yağışlar artıq 100-ə yaxın insanın ölümü ilə nəticələnən daşqınlara səbəb olub.
Qeyd edək ki, martın ortalarından etibarən ölkəyə güclü yağışlar yağır. Meteorologiya Departamenti yağıntının daha da artacağı barədə xəbərdarlıq edib.
Lamiyə Şirinova