Liviya Baş nazirinin evinə silahlı hücum edilib

Liviya Baş nazirinin evinə silahlı hücum edilib
# 01 aprel 2024 03:58 (UTC +04:00)

Naməlum şəxslər Liviyanın Baş naziri Abdel Hamid Dbeybanın iqamətgahına silahlı hücum ediblər.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hücum edən şəxslər dənizdən atəş açıblar. Tripolidəki binaya cüzi ziyan dəyib, itki yoxdur.

Qısa müddət ərzində hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Atışma zamanı Dbeybanın özünün iqamətgahda olub-olmaması barədə məlumat yoxdur.

Hücum edənlərin kimliyi və hadisənin səbəbləri barədə məlumat hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR