Malidə anomal istilər səbəbindən 250 nəfər ölüb

Malidə anomal istilər səbəbindən 250 nəfər ölüb
# 09 aprel 2024 10:09 (UTC +04:00)

Malidə son həftələrdə davam edən anomal istilər təkcə paytaxt Bamakoda 100-dən çox insanın ölümünə səbəb olub.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, ölkə ərazisində istidən ölənlərin ümumi sayı 250 nəfərə çatıb.

O da bildirilib ki, ən yüksək temperatur ölkənin cənub-qərbində qeydə alınıb. Burada havanın hərarəti 48,5 dərəcə təşkil edib. Bu isə Afrika regionu tarixində aprel ayı üçün qeydə alınan ən yüksək göstəricidir.

Meteoroloqlar bunu normadan artıq isti hava kütləsinin regiona daxil olması ilə əlaqələndirirlər. Qeyd olunur ki, bu hal özünü iyul ayınadək aktiv şəkildə göstərəcək. Sonra isə temperatur tədricən enməyə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR