Misir Mərkəzi Bankı uçot dərəcəsini 200 faiz bəndi artırıb

Misir Mərkəzi Bankı uçot dərəcəsini 200 faiz bəndi artırıb
# 02 fevral 2024 03:51 (UTC +04:00)

Misir Mərkəzi Bankı uçot dərəcəsini 200 faiz bəndi artırıb.

APA xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi saytı məlumat yayıb.

Uçot dərəcəsi 19,25 faizdən 21,25 faizə qədər artırılıb.

“Qlobal miqyasda inflyasiya təzyiqləri azalsa da, inflyasiya gözləntiləri ətrafında qeyri-müəyyənlik var, xüsusən də qlobal geosiyasi gərginliklər və Qırmızı dənizdə daşımaların pozulması nəticəsində qlobal əmtəə qiymətləri ilə bağlı uçot dərəcəsi artırılıb”, - deyə qeyd olunub.

Mərkəzi Bankının məlumatına görə, keçən ilin dördüncü rübünün ilkin göstəriciləri iqtisadi aktivliyin azalmasından xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR