Azərbaycan banklarının xarici öhdəlikləri artıb

Azərbaycan banklarının xarici öhdəlikləri artıb
# 15 aprel 2015 11:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 3 235,7 mln. manat və ya 76,45% artaraq 2015-ci ilin martın 1-nə 7 468,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin yanvarı ilə müqayisədə fevralda bankların məcmu xarici öhdəliklərin həcmi 2 532,6 mln. manat və ya 51,31% artıb. Göründüyü kimi, fevralda bankların xarici öhdəliklərinin kəskin artımı baş verib. Belə ki, il ərzində bankların məcmu xarici öhdəliklərinin həcmi 3 235,7 mln. manat artıbsa, təkcə fevralda 2 532,6 mln. manat artıb. Başqa sözlə, bu göstərici üzrə illik artımın 78%-i məhz fevralda baş verib. Aydındır ki, bankların xarici borclanmasında kəskin artıma əsasən fevralın 21-də Azərbaycan Mərkəzi Bankının manatın məzənnə korreksiyası ilə bağlı qərarı təsir edib.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci ilin martın 1-nə 4 169,4 mln. manat təşkil edib ki, bu da 2014-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 605,6 mln. manat və ya 62,63% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin yanvar ayı ilə müqayisədə fevralda 1 070,8 mln. manat və ya 34,56%-lik artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR