Naftalan sakinini ilan sancıb

Naftalan sakinini ilan sancıb
# 03 iyul 2017 09:06 (UTC +04:00)

Naftalanda ilan sancması faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Naftalan şəhər sakini, 1957-ci il təvəllüdlü Aslanova Qızvəs Həsən qızı həyətində işləyən zaman ilan onun sağ əlinin 4-cü barmağından sancıb. O, dərhal Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR