Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi yanvarda 15% artıb

Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi yanvarda 15% artıb
# 13 fevral 2020 12:11 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 mln. manat vəsait yönəldilib. Sərf edilmiş vəsaitin 60,8%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə əsas kapitala yönəlmiş vəsaitin həcmi 14,7% artıb.

Ümumi sərmayənin 70,6%-i məhsul istehsalı sahələrinə, 17,5%-i xidmət sahələrinə, 11,9%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 61,1%-ni təşkil edib.

“Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 73,7%, büdcə vəsaitləri 14,2%, əhalinin şəxsi vəsaitləri 6,8%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 3,4%, bank kreditləri 1,2%, sair vəsaitlər isə 0,7% təşkil edib”, - komitənin məlumatında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR