Göyçayda kafe və avtoyuma məntəqəsi yanıb

Göyçayda kafe və avtoyuma məntəqəsi yanıb
# 23 iyun 2024 11:19 (UTC +04:00)

Göyçay rayonunun Potu kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ərzaq mağazası, kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) kafenin və avtoyuma məntəqəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, ərzaq mağazası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR