Mədət Quliyev Qobustan həbsxanasında cəza çəkən məhkumların yaxınlarını qəbul edib

Mədət Quliyev Qobustan həbsxanasında cəza çəkən məhkumların yaxınlarını qəbul edib
# 08 avqust 2014 12:04 (UTC +04:00)

Bakı-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Həbsxanada cəza çəkən bir sıra məhkumların valideynlərini və yaxın qohumlarını qəbul edib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul zamanı M. Quliyev məhkumların yaxınlarını dinləyib, onları maraqlandıran bütün məqamlara aydınlıq gətirib və narahatlığa heç bir ciddi əsas olmadığını bildirib.

Qeyd olunub ki, Penitensiar Xidmət rəsmi olaraq həbsxanada və cəzaçəkmə müəssisəsində heç kimin aclıq aksiyası keçirmədiyini bəyan edir: “Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən Penitensiar xidmətin “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na uyğun həyata keçirdiyi tədbirlərə göstərilən reaksiyadır. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti olaraq bir daha bildiririk ki, Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinin pozulmasına yönəlmiş bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR