Balakən rayon sakini həmkəndlisini bıçaqlayıb - FOTO - VİDEO

Balakən rayon sakini həmkəndlisini bıçaqlayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 dekabr 2014 07:02 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Talalar kəndində qeydə alınıb. Rayonun Talalar kənd sakini 1969-cu il təvəllüdlü Əhməd Mahama oğlu Tərlanovla onun həmkəndlisi - 1981-ci il təvəllüdlü, Kamran Siracəddin oğlu Lətifov aralarında olan şəxsi münasibətlər zəminində münaqişə ediblər. Münaqişə zamanı 45 yaşlı Əhməd Tərlanov üzərində gəzdirdiyi bıçaqla 33 yaşlı Kamran Lətifovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən Əhməd Tərlanov saxlanılaraq istintaqa təhvil verilib. Bıçaq xəsarəti alan Kamran Lətifov isə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Balakən RMX-dan APA-ya bildirilib ki, bıçaq Kamran Lətifovun mədəsini və qaraciyərini zədələyib. Onun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır hesab olunur.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR