Bu il Azərbaycanda 80 min baş heyvan süni mayalandırılacaq

Bu il Azərbaycanda 80 min baş heyvan süni mayalandırılacaq
# 11 sentyabr 2013 11:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Azərbaycanın kənd təsərrüfatı sektorunda süni mayalanma geniş yayılıb. Bu, respublikada yeni sahədir. Süni mayalanmadan əldə olunan heyvanlar yüksək məhsuldarlığa malik olur. Bu il ölkədə 80 min baş heyvan mayalandırılacaq». Bunu «APA-Economics»ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Lakin onun sözlərinə görə, 80 min baş heyvanın mayalanması azdır: «Ən azından hər il ölkədə 200-300 min baş inək, camış, 2 yaşdan yuxarı olan düyə mayalandırmalıyıq. Məhsuldar heyvanlar əldə etmək üçün yüksək məhsuldar heyvanların toxumu ilə az məhsuldar heyvanlar mayalandırılır. Onlardan alınan heyvanlar da yüksək məhsuldarlığa malik olur».

Ç.Fərəcov bildirib ki, artıq Azərbaycanda bu sahədə intensiv iş görülür. O, buna misal olaraq Zaqatalada mayalanma ilə məşğul olan təsərrüfatların fəaliyyətindən danışıb: «Orada inək və camışların mayalanması artıq 12% təşkil edir, bu rəqəm getdikcə 80%-ə çatacaq. Süni mayalandırma olmasa, heyvandarlıq da inkişaf teməz. Bu heyvandarlığın əsas inkişaf yoludur və dünya bununla inkişaf edir. Məsələn, İsraildə 100% heyvanlar süni mayalandırılır. Orada hər inəkdən 13 600 kq süd sağılır, inəklər 2 il saxlanılır, 2 ildən sonra kəsimə göndərilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR