Xalq artisti Nodar Şaşıqoğlu II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB - APA TV

Xalq artisti Nodar Şaşıqoğlu II Fəxri xiyabanda dəfn olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">APA TV
# 12 aprel 2013 13:54 (UTC +04:00)

APA-nın məlumatına görə, aktyor II Fəxri xiyabanda dəfn olunub.

***

saat 16.18

Bakı. Xanım Nağıyeva - APA. Aktyor Evində Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu ilə vida mərasimi keçirilir.

APA-nın verdiyi məlumata görə, vida mərasimində ailə üzvləri, yaxınları, həmkarları, sənət dostları iştirak edirlər.

Vida mərasimini açıq elan edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev aktyorun Azərbaycan teatrında çox böyük iz buraxdığını vurğulayıb. Onun sözlərinə görə, aktyor sağlığında dövlətin diqqət və qayğısını görərək fəxri adlara, “Şöhrət” ordeninə layiq görülüb, prezident təqaüdü alıb. Ə.Vəliyev aktyorla bağlı xatirələrini də danışıb.

Mərhumun oğlu APA-ya açıqlamasında atasının yaşlı olduğunu və son vaxtlar xəstəlikdən əziyyət çəkdiyini deyib: “Ömrünün son iki gününü xəstə olaraq yataqda keçirdi. Mən son anına qədər onun yanında oldum”.

Mərasimdə həmçinin mərhum aktyorun sənət dostları, tərəf müqabilləri çıxış edib.

Qeyd edək ki, Nodar Şaşıq oğlu İzzətoviç 13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub. 1950-ci ildə Moskva Teatr Məktəbini bitirib. Leninqrad Akademik Dram Teatrında işləyib. “Nikbin faciə”, “Sevilya ulduzu”, “Mariya Tüdor” da Cilberti (V.Hüqo) oynayıb.

N.Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır. “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə (1958, rej. T.Tağızadə), “Əsl dost”da Fərman (1959, rej. T.Tağızadə), “Səhər”də Əzizbəyov (1960, rej. A.Quliyev), “Matoe Falkone” qısametrajlı kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin eyniadlı əsəri əsasında çəkilib), “Leyli və Məcnun”da Məcnun (1961, rej. L.Səfərov), “Bizim küçə”də Mixaylo (1961, rej. Ə.Atakişiyev), “Telefonçu qız”da Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb.

1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR