Azərbaycan prezidenti Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat ayırıb
# 17 dekabr 2012 16:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR