Balakən rayon sakini odlu silahla qətlə yetirilib

Balakən rayon sakini odlu silahla qətlə yetirilib
# 04 oktyabr 2014 07:45 (UTC +04:00)

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Balakən rayonun Gərəkli kəndində dağlıq ərazidə qeydə alınıb. Meşə zolağında qətlə yetirilmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin rayonun Qullar kənd sakini, 1982-ci il təvəllüdlü Umarov Vaqif İbrahim oğlu olması müəyyən edilib. Güllə onun döş qəfəsinin sağ nahiyəsindən daxil olaraq kürək nahiyəsindən çıxıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR