Milli Məclis Azərbaycan və Tacikistan hökumətləri arasında imzalanmış 4 sənədi təsdiqləyib

Milli Məclis Azərbaycan və Tacikistan hökumətləri arasında imzalanmış 4 sənədi təsdiqləyib
# 20 noyabr 2012 10:19 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. Milli Məclis Azərbaycan və Tacikistan hökumətləri arasında 4 sənəd layihəsini müzakirə edib.

APA-nın məlumtına görə, sənədlərdən biri iki ölkə prezidentlərinin birgə bəyanatı olub. Sənəd layihəsi səsverməyə çıxarılaraq təsdiq edilib.

Bundan başqa, «Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında», «Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» sazişləri və «Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı» təsdiqlənib.

Müzakirələr zamanı Azərbaycan şairi Nizami Gəncəvinin milliyyətinin tacik və fars kimi təqdim olunmasına münasibət bildirilib. Milli Məclisdə Gəncəni təmsil edən deputatlardan biri – Musa Urud isə deyib ki, bu şəhərdə Nizami Gəncəvinin yubileyi keçirərkən İran tərəfi həmin tədbirə qatılmayıb: “İran və Tacikistanın hər ikisinə dəvət göndərilmişdi. İran tərəfi tədbirə qatılmasa da, Tacikistan nümayəndə heyəti orada yüksək səviyyədə iştirak etdi. Onların təbrik məktubunda Nizami Gəncəvi Azərbaycan şairi kimi təqdim olundu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR