“Yehovanın şahidləri”nin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən maddi və mənəvi zərəri ödəmə tələbinin səbəbi açıqlanıb

“Yehovanın şahidləri”nin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən maddi və mənəvi zərəri ödəmə tələbinin səbəbi açıqlanıb
# 29 oktyabr 2012 13:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Yehovanın şahidləri” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) məhkəməyə verərək maddi və mənəvi zərərin ödənilməsini tələb etməsinin səbəbi açıqlanıb. DQİDK-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, “Yehovanın şahidləri” dini icmasının ölkəyə gətirmək istədiyi ədəbiyyatın bir qismi zərərli olduğu üçün ölkəyə buraxmalıyıb: “Bu səbəbdən də onlar məhkəməyə müraciət edib. Hazırda məhkəmə işi davam edir”.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi dini icmanın iddiasını təmin etməyib. Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR